https://news.day.az/azerinews/1647885.html
Bu şəxslərə tibbi müayinə pulsuz olacaq - RƏSMİ
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib. Day.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan müayinə də Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri"nə daxil edilib.
Bu şəxslərə tibbi müayinə pulsuz olacaq - RƏSMİ

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.
Day.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan müayinə də Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri"nə daxil edilib.
Başqa sözlə, inzibati məqsədlərlə digər müayinələrin tarifi 90 manatdır. Beləliklə, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan belə müayinə pulsuz olacaq, 90 manat alınmayacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре