"Cisco Systems" şirkəti ilə əməkdaşlığın təşviqi müzakirə edilib - FOTO
COP29 çərçivəsində "Cisco Systems" şirkətinin təmsilçiləri ilə görüşdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasir texnologiyaların tətbiqi və innovasiya ekosisteminin təkmilləşdirilməsi üzrə birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.
Day.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Cisco Systems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə baş direktoru Meri de Vısotski ilə görüşüb.
Görüşdə texnologiyaların imkanlarından yararlanmaqla işgüzar sferada, eləcə də insan kapitalının inkişafı sahəsində irəliləyişlərə nail olmaq, iqtisadi artımın dayanıqlı əsaslarla formalaşdırılmasını təmin etmək və iqlim fəaliyyətinin səmərəliliyini artırmaq barədə müzakirələr aparılıb. Süni intellektdən yararlanmaqla biznes subyektlərinin fəaliyyətində effektivliyin artırılması, eləcə də kənd təsərrüfatı, suyun idarə edilməsi sahələrində innovativ həllərdən istifadə ilə bağlı təcrübələr diqqətə çatdırılıb.
Şirkətin ölkəmizdəki fəaliyyətinin şaxələndirilməsi və bu çərçivədə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qlobal sinerjinin təmin edilməsinin əhəmiyyətli perspektivləri vurğulanıb.
Tərəflər əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqinin təkmilləşdirilməsi, rəqəmsal iqtisadiyyatın əhatəsinin genişləndirilməsi, müasir texnologiyalardan istifadənin təşviqi və birgə istehsalın təşkili imkanlarının dəyərləndirilməsi barədə fikirlərini bölüşüblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре