https://news.day.az/azerinews/1722876.html
“Neftçi” yaponiyalı futbolçu transfer etdi
"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Day.Az bu barədə kluba istinadən xəbər verir. Məlumata görə, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq "ağ-qaralar"ın ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
“Neftçi” yaponiyalı futbolçu transfer etdi

"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Day.Az bu barədə kluba istinadən xəbər verir.
Məlumata görə, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq "ağ-qaralar"ın ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın "Sanfreççe" klubunun akademiyasında başlayıb. Sonuncu klubu "Transinvest"in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре