https://news.day.az/azerinews/1725862.html
Məşhur avtomobil brendi kütləvi ixtisarlara hazırlaşır
Yaponiyanın "Nissan Motor Co." avtokonserni zavodlarının bağlanmaması üçün işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırır. Şirkət bu kimi sərt büdcə ölçüləri ilə iflasdan yayınmağa çalışır. Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məşhur avtomobil brendi kütləvi ixtisarlara hazırlaşır

Yaponiyanın "Nissan Motor Co." avtokonserni zavodlarının bağlanmaması üçün işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırır. Şirkət bu kimi sərt büdcə ölçüləri ilə iflasdan yayınmağa çalışır.
Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, avtokonsern bütün dünya üzrə 9 minə yaxın işçini ixtisar edəcək. Kütləvi ixtisarlarla şirkət rəhbərliyi məsrəfləri azaltmağa ümid edir.
Qeyd edilir ki, "Nissan" sonuncu dəfə 2024-cü ilin noyabr ayında böhranla üzləşib. Həmin ay şirkət ticarət ilinin ilk yarım ili ərzində xalis gəlirlərinin 94 faiz azaldığını bəyan etmişdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре