https://news.day.az/azerinews/1727135.html
Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub
Ötən il Azərbaycan 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edib. Bu barədə Day.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 5,7 milyon ABŞ dolları (4,6%) çox, həcm baxımından isə 3,2 min ton (13,8%) azdır.
Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub

Ötən il Azərbaycan 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edib.
Bu barədə Day.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 5,7 milyon ABŞ dolları (4,6%) çox, həcm baxımından isə 3,2 min ton (13,8%) azdır.
2024-cü ildə meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,49%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 3,84%-ni təşkil edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре