https://news.day.az/azerinews/1727149.html
SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib
SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşüb. SOCAR-dan Day.Az-a bildirilib ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşüb.
SOCAR-dan Day.Az-a bildirilib ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Söhbət zamanı SOCAR ilə Pakistanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri arasında hazırda müzakirə edilən layihələrin statusu, əldə edilmiş irəliləyişlər, hədəflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре