İrana qarşı hərbi əməliyyatlar narahatlıq doğurur - Ceyhun Bayramov

İrana qarşı hərbi əməliyyatlar narahatlıq doğurur.
Day.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında çıxışı zamanı bildirib.
Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib.
Ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb.
Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре