Xaçmazda ustanı cərəyan vurdu

Xaçmaz sakini cərəyan vurması nəticəsində həyatını itirib.

Day.Az-ın məlumatına görə, hadisə Niyazova kəndində baş verib.

 

Belə ki, avqustun 14-də 1966-cı il təvəllüdlü, Xaçmaz şəhər sakini Ş.Daşdəmirov Niyazova kəndində yerləşən ona məxsus avtomobil təmiri müəssisəsinin üzərindən keçən internet naqilləri sallanaraq maşınların keçməsinə maneə yaratdığı üçün kabeli əli ilə tutub yuxarı qaldırmaq istədikdə onu cərəyan vurub. Nəticədə çoxsaylı xəsarətlərlə Xaçmaz RMX-na daxil olub, sonradan həyatını itirib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.