Azərbaycanla qarşılıqlı ticarət missiyaları və sərgilər təşkil etməyə hazırıq - Gaztrade
.png) 
                                
                                Son üç gün ərzində əsas tərəfdaşlarımızla danışıqlar apararaq Azərbaycan məhsullarının Qazaxıstan bazarına daxil olması üçün ilkin brendləri inkişaf etdirdik. Bu məhsullar əlavə dəyər yaradaraq beynəlxalq bazarlara çıxarıla bilər.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Gaztrade"in icraçı direktoru Aynur Amirbekova bu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki həftə əvvəl Astana şəhərində təşkil edilən biznes missiyası məhsuldar olub:
"B2B görüşlər, B2G konsultasiyaları və Biznes Şurası Forumu nəticəsində artıq ticarət müqavilələri üzrə işlər başlanıb. İndi məqsədimiz uzunmüddətli ticarət yol xəritəsini qurmaq və tərəfdaşlığı sistemli şəkildə inkişaf etdirməkdir. Biz həmçinin qarşılıqlı ticarət missiyaları və sərgilər təşkil etməyə hazırıq - Azərbaycan məhsulları üçün Qazaxıstanda, Qazaxıstan məhsulları üçün Azərbaycanda".
"Biz qarşılıqlı tərəfdaşlığımızın inkişafından məmnunuq. Göründüyü kimi, ölkələrimizin ixrac potensialı çox böyükdür və bu potensialı düzgün istifadə etməklə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsini iki dəfə artırmaq, həmçinin beynəlxalq bazarlara çıxışı genişləndirmək mümkündür", - Aynur Amirbekova qeyd edib.
İcraçı direktor qeyd edib ki, e-ticarət kanallarının təşviqinə də xüsusi diqqət yetirirlər:
"Milli brend jurnalları, "Alibaba" və JD.com hesablarımız mövcuddur və ABŞ bazarına milli mağazamız vasitəsilə daxil oluruq. Ümid edirik ki, bugünkü forum və aparılan danışıqlar hər iki ölkə üçün praktik nəticələr verəcək və əməkdaşlığımızın inkişafına töhfə verəcək".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
