İlk dəfə keçmiş həyat yoldaşından danışdı
 
                                
                                Müğənni Xatun Əliyeva keçmiş həyat yoldaşı, oğlu Adilin atasından danışıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində övladının atası ilə əlaqəsi olmadığını deyib. O, bildirib ki, həmin şəxs ikinci dəfə ailə qurub:
"Keçmiş həyat yoldaşım Avropada yaşayır. Baldızlarım da xaricdədir. O, da ailə qurub, övladları var. Hamını bağışlamışıq, rahat buraxmışıq. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Oğlumla onların arasında mübahisə olmuşdu. Sonra özləri danışmışdı. O, evləndi, uşaqları oldu. Ona görə də Adil çəkildi kənara. Danışmırlar".
Qeyd edək ki, Xatun bir dəfə ailəli olub. Onun bu nikahdan bir oğul övladı var. Adil bir müddət əvvəl evlənib və qızı dünyaya gəlib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
