“Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov həbs edildi

"Hürriyyət" qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və "Hurriyyet TV"-nin rəhbəri Vüqar Məmmədov (Tofiqoğlu) barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Day.Az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.

 

Qeyd edək ki, ötən gün "Hürriyyət" qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və "Hurriyyet TV"-nin rəhbəri Vüqar Məmmədov (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.