Hikmət Hacıyev TDT ölkələri liderlərinin köməkçilərinin iclasında iştirak edib - FOTO
Macarıstanın dəvəti əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə səmərəli görüş təşkil olunub.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
H.Hacıyev bildirib ki, görüş çərçivəsində TDT-nin Qəbələ Sammitinin yekunları müzakirə olunub, eyni zamanda Azərbaycanın sədrliyi dövründə müəyyən edilmiş prioritetlər fonunda mövcud qlobal çağırışlar şəraitində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin TDT-nin əvvəlki sammitlərində də vurğuladığı kimi, Türk dünyası gənc əhali potensialı, zəngin təbii ehtiyatları, enerji imkanları və əsas nəqliyyat dəhlizlərini əhatə edən strateji coğrafi mövqeyi ilə Avrasiya məkanında mühüm rol oynayır və TDT artıq önəmli geosiyasi mərkəzlərdən birinə çevrilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре