https://news.day.az/azerinews/1829004.html Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxıldı Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki,vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxıldı

Azərbaycanca, 20 апреля 2026 11:17 (UTC +04:00) 259
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki,vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, azyaşlı aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub. 2018-ci il təvəllüdlü (qadın cinsli) pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı "TikTok"da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости