https://news.day.az/azerinews/1829983.html
Azərbaycan BMT-nin vasitəçilik üzrə konvensiyasına qoşulub - FOTO
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Hüquqi Məsələlər Ofisində olub. Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi X sosial şəbəkəsində paylaşım edib.
Azərbaycan BMT-nin vasitəçilik üzrə konvensiyasına qoşulub - FOTO
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Hüquqi Məsələlər Ofisində olub.
Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi X sosial şəbəkəsində paylaşım edib.
Məlumata əsasən, Tofiq Musayev, Azərbaycan adından BMT-nin "Vasitəçilik yolu ilə əldə edilmiş mübahisələrin həlli ilə bağlı beynəlxalq müqavilələr haqqında Konvensiyası"nı imzalayıb.
Bildirilib ki, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре