https://news.day.az/azerinews/1830221.html Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər Çinli tədqiqatçılar "Çanye-5" kosmik aparatı vasitəsilə Aydan Yerə gətirilən torpaq nümunələrinin araşdırılması zamanı əvvəllər məlum olmayan iki yeni mineral aşkar ediblər. Day.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər

Azərbaycanca, 25 апреля 2026 07:45 (UTC +04:00) 281
Çin alimləri Ay süxurlarında iki yeni mineral müəyyən ediblər

Çinli tədqiqatçılar "Çanye-5" kosmik aparatı vasitəsilə Aydan Yerə gətirilən torpaq nümunələrinin araşdırılması zamanı əvvəllər məlum olmayan iki yeni mineral aşkar ediblər.

Day.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Məlumata əsasən, Çin Milli Kosmik İdarəsi tərəfindən müəyyən edilən bu təbii kimyəvi elementlərdən biri "maqneziumlu çanyeit", digəri isə "seriumlu çanyeit" adlandırılıb.

Qeyd edək ki, "Çanye-5" missiyası 2020-ci il noyabrın 24-də Aya göndərilmişdi. Kosmik aparat 23 günlük missiyadan sonra təxminən iki kiloqrama yaxın reqolit nümunəsi ilə Yerə qayıdıb. Alimlərin bu nümunələr üzərində apardıqları geniş araşdırmalar nəticəsində əldə edilən mühüm məlumatların gələcəkdə Ayda elmi-tədqiqat stansiyasının yaradılması layihələrində istifadə olunacağı bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости