https://news.day.az/azerinews/1831870.html Bu gülü qoparanlar cərimələnir - 26.894 MANAT Spil Dağı Milli Parkı ərazisində ildə cəmi bir dəfə açan nadir Manisa laləsi yenidən çiçəklənib. Cəmi 10 gün yaşayan bu bitki hər il minlərlə ziyarətçini cəlb edir. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aprelin sonu-mayın əvvəllərində açan lalələr qısa müddət ərzində təbiətsevərlərin diqqət mərkəzinə çevrilir.

Bu gülü qoparanlar cərimələnir - 26.894 MANAT

Azərbaycanca, 3 мая 2026 02:11 (UTC +04:00) 401
Bu gülü qoparanlar cərimələnir

Spil Dağı Milli Parkı ərazisində ildə cəmi bir dəfə açan nadir Manisa laləsi yenidən çiçəklənib. Cəmi 10 gün yaşayan bu bitki hər il minlərlə ziyarətçini cəlb edir.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aprelin sonu-mayın əvvəllərində açan lalələr qısa müddət ərzində təbiətsevərlərin diqqət mərkəzinə çevrilir.

Ziyarətçilər əsasən bu nadir çiçəyi yerində görmək və fotoşəkil çəkmək üçün parka axın edir.

Rəsmi qurumlar xəbərdarlıq edir ki, qorunan laləni qoparanlara 2026-cı il üçün 699 min 245 TL (təxminən 26.894 manat) cərimə tətbiq olunur. Bu məbləğ bioloji müxtəlifliyin qorunması məqsədilə hər il artırılır.

 
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости