İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub - AAYDA - VİDEO
Lahıc-Burovdal avtomobil yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənib.
Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, avtomobil yolunda hərəkət bərpa olunub.
xxx
09:29
Lahıc-Burovdal avtomobil yolunun 17 və 17,2-ci kilometrlik hissələrində qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Day.Az-a verilən məlumata görə, hadisədən dərhal sonra əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub.
Gecə boyu yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işləri aparılıb və hazırda da davam etdirilir.
Uçqun baş verən ərazilərdən birində təmizləmə işləri artıq yekunlaşıb, digər hissədə isə işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре