WUF13 ümumi öhdəliklərin yerinə yetirilməsi baxımından əvəzsiz rol oynayacaq

WUF13 ümumi öhdəliklərin yerinə yetirilməsi baxımından əvəzsiz rol oynayacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Polşanın BMT-dəki daimi nümayəndəsi və səfir Krzysztof Szczerski Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Assambleyaların birgə bağlanış sessiyasında bildirib.

Onun sözlərinə görə, danışıqlar masasına çoxtərəfli inkişaf və dayanıqlı inkişafın lokallaşdırılması üçün əvəzolunmaz platforma kimi baxılır:

"Yerli və regional hökumətlərin qarşılaşdığı problemlərin mənzil və şəhər siyasətinin əsas gündəliyinə daxil edilməsi ilə bağlı çağırışlar səsləndirildi, həmçinin iqlim problemlərinin şəhərsalma sahəsinə, məskunlaşmaya təsiri müzakirə olundu. Siyasətlər bu baxımdan adaptasiya olunmalı, şəhər vizyonu gündəlik fəaliyyətlərdə öz əksini tapmalıdır. Tikilən evlər su, enerji və rəqəmsal həllər baxımından adekvat səviyyəyə gətirilməlidir. Bu prosesdə özəl sektorun iştirakı da mühüm əhəmiyyət daşıyır", - o qeyd edib.