Real addımlar atmaq lazımdır - Zimbabvenin Vitse-prezidenti
Yalnız bəyannamə qəbul edilməsi ilə kifayətlənmək yox, həm də real addımlar atmaq lazımdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
Onun sözlərinə görə, Zimbabve ağıllı, dayanıqlı və inklüziv şəhərlərin qurulmasını prioritet kimi görür:
"Biz Azərbaycan Respublikasına, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) bu konfransın təşkili üçün minnətdarlığımızı bildiririk.
Zimbabve hökuməti mənzili bütün hər kəsin təməl hüququ kimi görür. Biz bu sahədə artıq strateji istiqamətimizi müəyyənləşdirmişik. 2030-cu ilə qədər şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etməyi planlayırıq. WUF13-dən isə Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə yönəlik strategiyalar üçün praktik yanaşmalar gözləyirik", o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре