https://news.day.az/azerinews/1835625.html Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin QARŞISI ALINIB - FOTO Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin QARŞISI ALINIB - FOTO

Azərbaycanca, 19 мая 2026 12:23 (UTC +04:00) 246
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki, dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin
  • Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin
  • Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin
  • Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости