ABŞ Azərbaycanla tərəfdaşlığı daha da möhkəmləndirməyi gözləyir

ABŞ Azərbaycanla tərəfdaşlığı daha da möhkəmləndirməyi gözləyir.

Day.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyanatında deyilir.

"Biz regional əlaqələrin genişləndirilməsi, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə tərəfdaşlığımızı daha da möhkəmləndirməyi gözləyirik.

ABŞ Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına sadiqliyini alqışlayır və bu istiqamətdə birgə işi davam etdirməyə ümid edir. Qarşıdakı ildə və sonrakı dövrdə tərəfdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik", - bəyanatda deyilir.