Keyfiyyətli təhsil verəcək hazırlıq kursları necə seçmək olar?

Day.Az представляет новость на азербайджанском языке

İldən-ilə ölkədə, xüsusilə də paytaxtda ali məktəblərə hazırlıq kurslarının sayı çoxalır.

Day.Az bildirir ki, xüsusi lisenziya tələb edən fəaliyyət sahəsi olmadığına görə bu, bəziləri üçün əsl fürsətə çevrilib. Peşəkarlığı yüksək olmayan müəllimləri cəlb etməklə aşağı qiymətə kurs təşkil edənlərin sayı hər keçən gün artır. Belə kurslar adətən binaların zirzəmilərində və ya 2-3 otaqlı şəraitsiz otaqlarda təşkil olunur ki, bu da hazırlığın keyfiyyətinə təsir edir.

Təhsil ekspertləri deyirlər ki, övladlarının ali məktəblərə daxil olması üçün kurs seçərkən bir sıra amilləri nəzərə almalıdırlar.

Ekspert Rəsul Ağayevin sözlərinə görə, kursda tədrisin hansı proqram əsasında həyata keçirilməsinə diqqət edilməlidir. Bəzi kurslar öz proqramlarını təqdim edirlər ki, bu da yolverilməzdir. Çalışmaq lazımdır ki, tədris Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin proqramları çərçivəsində aparılsın.

 

Abituriyent cəlb etmək üçün endirimli qiymət təklif edən kurslar ola bilər.
Ekspert deyir ki, valideynlər qiyməti ilk amil kimi nəzərə almamalıdırlar.
Bundan əlavə, abituriyentlərin biliklərinin tədris ili ərzində necə qiymətləndirilməsi, eləcə də pedaqoji heyətin necə seçilməsi də önəmli məsələlərdən hesab edilir. Bu sahədə stajı daha çox olan müəllimlərin cəlb edildiyi kurslara üstünlük verilməlidir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hazırlıq kursların fəaliyyətinə onlar tərəfindən nəzarət edilmir. Hazırlıq kursları kommersiya qurumları kimi fəaliyyət göstərirlər. Ona görə də orda təhsil keyfiyyətinə nəzarət məsələsi açıq qalır. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Keyfiyyətli təhsil verəcək kursları necə seçmək olar?