Pişik Günel həyatındakı kişilərin sayını dəqiq deyə bilmir – FOTO

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

"Pişik" ləqəbli müğənni Günel Ələkbərovanın Milli.Az xəbər portalına müsahibəsi:

- Günel, heç vaxt vətəni tərk etməyəcəyini deyirdin. Niyə birdən Afrikaya getmək qərarına gəldin?

- Mən bu layihənin Azərbaycanda həyata keçməsinə inanmırdım. Müqavilələr içində Aygün Kazımovanın müqaviləsini gördükdən sonra imzaladım. Fikirləşdim ki, Aygün xanım gedirsə, razılaşmağa dəyər. Bu layihə vətənə olan sevgidən irəli gəlir. Orada vəhşi heyvanlar olacaq. Onların bizi yeməsi faciə olar. Əsas odur ki, iştirakçılar bir-birini yeməsinlər.

- Sənin o müsabiqədə iştirakını eşidən bəzi həmkarların bundan imtina etdilər. Məsələn, Rəqsanə.

- Xəbərim yox idi ki, o da dəvət alıb. Əslində mənə görə olmaz. Hər halda səhhətinə görə imtina edər. Amma deyim ki, o xanımda bir az efir xəstəliyi var. Bunu həmkar kimi yox, tamaşaçı kimi deyirəm. Çox təəssüf olsun ki, "Maşın" realiti şousunda bir yerdə idik. Rəqsanənin necə bir insan olduğunu gördüm. Ümumiyyətlə, o insanın səmimiyyətinə inanmıram. Bilirsiniz, hərənin özünə görə problemləri var. Amma bu o demək deyil ki, efirə çıxıb hər kəsin qabağında ağlamalısan.

- Bir az qəzəblisən. Amma onun sənə qarşı kini yoxdur.

- Heç mən də kinli insan deyiləm. Keçən dəfə realiti şouda mənə qarşı haqsızlıq oldu. İndi o insanları görməməzlikdən gəlirəm.

- Kimdir onlar?

- Onların adlarını belə çəkmək istəmirəm. Söhbət "Maşın" realiti şousunun "9-cu sürət"indən gedir. Ancaq "11-ci sürət"ində də mənə qarşı haqsızlıqlar oldu. Təşəkkür edirəm tamaşaçılara ki, ora dəfələrlə çıxdım, məni xilas etdilər. "Maşın" şousunda olanda maddi vəziyyətim yaxşı deyildi. Heç vaxt kiminsə pulunu yeməmişəm. Bəziləri kimi, evimdə əlavə pul qoyub getməmişdim ki, mənə səs versinlər. Düzü, güvəndiyim elə bir insan da yoxdu. Tamaşaçılar bu haqsızlıqları gördü və məni dəstəklədilər.

"Maşın" şousunda dalaşdığım heç bir insanla danışmıram. Bəziləri kimi ikiüzlü deyiləm. Bəziləri var ki, onların sənətinə hörmət edirəm, amma insan kimi mənimçün heç kimdirlər. Bilirsən, əsas odur ki, ikiüzlü deyiləm. Bəziləri kimi efirdə yalandan ağlamıram. İnsan özü kimi olmalıdır - yekəxanalıq nəyə lazımdır axı?! Yerieri gələndə ağlamıram ki, borc içərisində üzürəm. Bakı balacadır və heç kim çıxıb deyə bilməz ki, "Günelin mənə 100 dollar borcu var". Təbii ki, mən də yaxşı butiklərdən geyinirəm. Amma yeri gələndə, alverçidən də alıram. Heç kimin ki, pulunu yemirəm.

- Mehim yenə səndən əl çəkmir...

- Belə insan tanımıram. O haqda heçnə danışmaq istəmirəm. Günel Ələkbərova adı altında çox reklam olundular. Ancaq bəsdi. Danışmamağıma səbəb kimdənsə qorxduğum deyil, səviyyə məsələsidir. Enmək istəmirəm. Ləyaqətimə toxunan insan məhkəmə qarşısında cavab verəcək. Öz xanımlığıma o "xanım" haqda danışmağı sığışdırmıram. Heç kimdən qorxacağım və çəkinəcəyim bir iş yoxdur. Baxmayaraq ki, haqqımda bəziləri çox söz deyirlər.

Onun isə danışdıqlarını özüm oxumamışam, köməkçilərim deyib. Təbii ki, o hər bir sözə görə cavab verəcək. Kimsə faktla danışırsa, o heç. Amma onun kimilər əsasız iddialarına görə cavab verəcələr. Sadəcə onun indi bəxti gətirdi ki, bu Afrika məsələsi ortaya çıxdı və başım ona qarışdı. O cür insanların işi-gücü yoxdur. Boş-bekardılar və əllərinə fürsət düşən kimi məndən danışırlar. Ay bala, əlinə fürsət düşüb, özündən və sənətindən danış, məndən nə istəyirsən?! Demək ki, mən varam. Ancaq şəxsən onun etdiyini tərbiyəmə sığışdırmıram. Çünki mən ailə tərbiyəsi görmüşəm. İndi vəkilim bu işlə məşğuldur. O, məhkəmə qarşısında cavab verəcək.

Afrikadan dönən kimi hər şeyi aydınlaşdıracağam. Nəinki o - haqqımda hədyanlar söyləyən başqa adamları da məhkəməyə verəcəyəm. Kimsə özünü unudub, ailəsini düşünmürsə, azad, "besprizornı" insandırsa, günahkar deyiləm. Çünki bunlar mənim üçün önəmlidirlər. Bir dəfə susdum, iki dəfə susdum. Amma daha bəsdir. Mənim bir mahnım var - "Çatlasınlar". Qoy, bir az o mahnıya qulaq asınlar.

- Maraqlıdır, Günelin "qadın sirri" var?

- Nəyim var, ortadadır. Heç pəhriz də saxlamıram və heç vaxt da saxlamamışam. Amma yenə də bəzi müğənnilərdən fərqli olaraq, "fanatlarım" dediyim insanları güclə çıxış etdiyim verilişlərə çağırıb, şəkillərimi vermirəm. Allaha qurban olum. "Çoxlu fanatım var" deyənlər belə "Maşın- şou"da səs yığa bilmədilər. Neyləyirəm mən o "patsan" fanatları ki, qışqırmaqdan başqa heç nə bilmirlər. Müğənni deyir "bunlar mənim fanatımdırlar". Amma o fanatlar üzlərini çöndərən kimi mənə öpücüklər göndərirdilər. İndi Allaha şükür mənim kifayyət qədər toyum var.

- Kişilər Günel Ələkbərovanı niyə sevməlidirlər?

- Kişilər cazibadar xanımları hər zaman diqqət mərkəzində saxlayırlar. Düzdür, müğənni xanımlarla adi xanımlar arasında fərq olmalıdır. Amma indi getdiyim toylarda xanımlara baxanda, şoka düşürəm. Onlar necə açıq-saçıq geyinirlər. Təəccüblənirəm ki, axı qohumların yanında belə geyinmək olarmı?! Müğənni olmağıma baxmayaraq, getdiyim məkana uyğun geyinirəm, çünki heç kimdən söz götürən adam deyiləm. Əgər kimsə mənə söz atsa, həmin an mikrofonu onun başına çırpa bilərəm. Ancaq bu gün etiraf etmək lazımdır ki, kişilər xanıma yaxınlaşan zaman sadəcə onunla münasibət qurmaq istəyirlər.

- Aydındır ki, öncə kişinin xanıma hansı fikirdə yaxınlaşdığı məlum olmur. Bəs Günel elə kişiləri necə seçir?

- Hər halda yaxşı seçə bilsəydim, bir çox səhvlərə yol verməzdim. Ən azı lazımsız insanla ailə qurmazdım. Amma hər bir insan səhvə yol verə bilər. Onu da deyim ki, əgər bir kişi qadının qarşısında ağlayırsa, məncə, xanım ondan qaçmalıdır. Bilmirəm, bu gündən sonra nə olacaq. İnsanlara çox inanıram. Bu sahədə təcrübəm olsaydı, bir dəfə yanmazdım, səhvə yol verməzdim. İndi çalışıram ki, həmin yanlışlığı təkrarlamayım.

- Qarşında ağlayan kişi olub?

- Elə hər zaman ağladıqları üçün inanıb, sonra da aldanmışam da. Bu, timsah göz yaşlarıdır. Düzdür, kişi də insandır, o da ağlaya bilər. Amma qadının qarşısında yalandan, nəyəsə çatmaq üçün ağlayırlarsa, o kişiyə inanmaq olmaz. Bu, bəlkə də axrıncı yoldur. Yalandan qadının ayağına düşüb, yalvarır ki, "getsən ölərəm", nə bilim nə. Heç kim sevgisinə görə ölmür - boş söhbətdir. Sonra sənsiz elə gözəl yaşayırlar və həyatları da davam edir ki...

- Həyatındakıkişilər haqqında nə deyərdin?

- Düzdür, həyatımda yaxşı kişilər olub. Sadəcə, onları mən dəyərləndirməmişəm. Dəhşət dərəcədə peşman da deyiləm. Demək, belə daha yaxşı imiş. Əslində, dərin düşüncəli bir insan olsaydım, gördüklərimdən nəticə çıxarardım. Bir insan mənə zərbə vurana qədər gözləyirəm. Düzünü desəm, insanın mənə zərbə vurduğunu əvvəldən hiss edirəm. Amma yenə də inanıram. Ona son şans verirəm. İçimdəkı Günel deyir "bu insandan uzaqlaş". Amma gözləyirəm ki, o mənə zərbə vursun.

- Həyatında olan kişilərin sayını deyə bilərsən?

- Dəqiq deyə bilmərəm. Təbii ki, insan vurulur, görüşür, o insana öyrəşir. Sonra nə isə alınmır və onlar ayrılırlar. Ömrünün axrına qədər oturub onu gözləyəsi deyil ki. Əgər kişi şərəfsiz çıxırsa, istər maddi, istər mənəvi istifadə edirsə, təbii ki, o insandan ayrılmaq lazımdır. Bütün xanımlar belədir. Çünki qadınlar diqqəti sevirlər. Həyat davam edir. Əslində sevgiyə inanmıram. Öyrəşmək var.

- Günel, sualımdan yenə yayındın?

- Sənə uşaq vaxtı yaşadığım bir hadisəni danışım. 6 yaşım olanda Piornerlər Sarpayında xorda oxuyurdum. Orada iki qardaş var idi - Mustafa və Tural. Mənim Mustafadan xoşum gəlirdi. Öz aləmimdə onu sevirdim. Uşaq idim də. Mustafa mənə heç baxmırdı. Amma mən həvəslənirdim. O vaxt xalam nişanlı idi. Nişanlısı ilə gəzməyə gedəndə, mən başa düşürdüm ki, onlar sevgilidirlər və mən də istəyirdim.

Deyirdim ki, mənim niyə sevgilim yoxdur. Sonra xalamın oğlu oldu və mən onun adının Tural qoyulmasını istədim. Mustafa qoymağa qorxdum, dedim evdəkilər bilib, məni öldürərlər. Sonra onlara danıışdım, öldülər gülməkdən. Bir az böyüdüm və məktəbdə də sevdiyim olub. İndi niyə yalandan deyim ki, "həyatımda iki nəfər olub. Biri həyat yoldaşım, o birisi isə alınmayıb".

- İndi Günelin həyatında sevgi var?

- Bu barədə, yəni ümumiyyətlə, şəxsi həyatım haqqında danışmaq istəmirəm. Hərdən mənə elə gəlir ki, xoşbəxtəm. Amma elə anım olur ki, əksinə düşünürəm. Hər zaman hər şey yaxşı ola bilməz kiaxı. Pis gün olmalıdır ki, yaxşı günümüzün dəyərini bilək. Amma xoşbəxtəm ki, ailəm var və ən əsası onlar məni sevirlər. Baxmayaraq ki, ailə həyatı quranda çox yanıldım və onların sözünə qulaq asmadım. Ancaq onlar yenə də məni qəbul etdilər. Etməyə də bilərdilər. Kəbin kəsdirməyə gedəndə ailəmin xəbəri yox idi.

- Bəs niyə xoşbəxt olmursan?

- Hərdan hətta elə olur ki, hər şeydən bezirəm. Haqsızlıq olanda həyatdan küsürəm. Ancaq nə olur olsun, heç vaxt vətəni tərk etmərəm. Çünki mən azərbaycanlıyam. Amma kənardan baxan bəzi insanlar deyir ki, "Günelin nə vecinə: alacağı yox, verəcəyi yox, gəzir də özü üçün". Belə deyil. Həyatda qazandığım ən böyük nemət odur ki, nə də olsa, heç vaxt sarsılmıram. Bəlkə də bu Allahın mənə verdiyi ən böyük hədiyədir ki, üzüm hər zaman gülür.

- Yaxşı, "Qala" qrupundakı Ceyhunla səni bağlayan nədir?

- Biz duet oxumuşuq. Adı "Gizli sevgi" olsa da, özümüz dostuq. Axı şəxsi həyatım özümə məxsusdur. Niyə bu məsələr insanlara bu qədər maraqlıdır?! Kimsə çıxıb efirdə sevgilisindən danışır. Sonra ayrılıb depressiyaya düşür. Vallah, belələrindən olmaq istəmirəm.

- Deyirsən, Ceyhunla dostsan, ona qız almaq üçün, elçi gedərsən?

- Biz bəyəm Hindistanda yaşayırıq? Amma əgər bir halal qız olsa... Amma yox, bilmirəm. Xeyirlisi nədirsə, o da olsun. Hal-hazırda biz dostuq...


Нажмите на фотографии для увеличения: