Filmlərin seksual və güclü qadınları

Day.Az представляет новость на азербайджанском языке

Onlar çox gözəldirlər və seksualdırlar. Bu qızların qəlbinə dəymək çox təhlükəlidir. Onlar nəinki kişinin ağlını, həm də canını ala bilərlər. Bəli, söhbət filmlərin ən seksual və güclü qadınlarından gedir. 

Axşam.az filmlərdə seksual və eyni zamanda güclü qadın obrazları yaradan aktrisaları təqdim edir:

İsrailli model və aktrisa Qal Qadot "Superqadın" filmindəki rolu ilə fanatlarını həyəcanlandırıb. 



Aktrisa Skarlet Yohansson "Qara dul" filmindəki obrazı ilə bütün kişiləri ələ keçirmək iqtidarındadır. Sarışın saçlı, ehtiraslı, güclü və ədalətli müdafiəçiləri  ilə o dünyanın seksual super qəhrəmanlarından birinə çevrilib.



"Mistik" filmində aktrisa Cennifer Lourens çox çətin bir obraz yaradıb. Filmin çəkilişləri zamanı hər gün onu qrim etməyə 4 saat sərf olunub.



Aktrisa Holli Berri "Qadın-pişik" rolu üçün geyindiyi lateks materiallı kostyumu ilə kişilərin arzuladığı qadın obrazına girib.



"Elis" filmində model və aktrisa Mila Yovoviçin yaratdığı silahlı qadın obrazı kişilərin ürəyincə olmuşdu.



Syu Strom obrazı üçün aktrisa Cessika Alba zahiri görkəmini dəyişməli olmuşdu, lakin bu, onun seksuallığını azaltmamışdı.



Lara Kroft Ancelina Colinin ən bəyənilən rollarından biri olub. 



"Zəhərli sarmaşıq" filimdə yaratdığı obrazla aktrisa Uma Turmanı yenidən kəşf edənlər az deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.