Azərbaycanda hamilələr niyə məhz bu gün doğmaq istədi?

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycanda hamilə olan hər kəs az qala bu gün doğmaq istəyir. Səbəb isə qəribədir. Beyinlərdəki "zerkalni" rəqəm sevgisi

Bu vaxta qədər "zerkalni" avtomobil və mobil telefon nömrələri almağa həvəsi olanlar indi də başqa, təqvim həvəsinə düşüblər. Analar övladlarının doğum tarixini "zerkalni" etmək isətirlər: 15.05.2015.

Milli.Az xəbər verir ki, bu gün Bakının dövlət və özəl klinikalarında qerysəriyyə əməliyyatı üçün növbə yaranıb. Hamiləliyinin son ayında olan xanımlar övladlarını bu gün dünyaya gətirmək istəyirlər.

Əldə etdiyimiz məumata görə, məşhur klinikalarımızdan birində həyata keçirilən qeysəriyyə əməliyyatlarının sayı 30-u keçib.

Bakıdakı bir neçə klinika ilə əlaqə saxladıq. Adlarının hallandırılmasını istəməyən klinikalardan əvvəlki günlərlə müqayisədə bu gün qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirənlərin sayının artdığı bildirildi.

Təcrübəli həkimlər baş verənləri şərh etməyə çətinik çəkdilər. Onların dediklərinə görə, məsələ sırf psixologiya, daha doğrusu "mənəm-mənəmliklə" bağlıdır.