U.S. POLO ASSN. mağazasının yeni konseptdə açılışı baş tutdu

3 Aprel tarixində  28 Mall Ticarət Mərkəzində, U.S. POLO ASSN. mağazasının yeni konseptdə açılışı baş tutdu. Açılış mərasimi xüsusi təşrif buyurmuş qonaqların iştirakı ilə yadda qaldı. Açılış lentini isə Retail Group Azerbaijan şirkətinin ölkə üzrə direktoru Zara Decht Hamou, "Aydınlı" şirkətlər qrupunun təmsilçiləri Murat Ceylan və Hakan Calki birgə kəsiblər.

1890-cı ildə Amerikada yaranan USPA brendi, 1997-ci ildə "Aydınlı " şirkətlər qrupuna daxil olur və toplam 472 mağaza təşkil edir. Brend hər yaşa uyğun kişi, qadın və uşaq üçün dəbli və parlaq kolleksiya təklif edir. Azərbaycanda isə bu brend "Alhokair Fashion Retail" şirkətinin əməkdaşlığı ilə "Retail Group Azerbaijan" şirkəti tərəfindən təmsil olunur.

Açılışda adları sadalanan digər ictimai şəxslər də iştirak ediblər: Nigar Novruzova, Aysel Quluzadə və s.

Əgər hər zaman dəbli və elegant görünmək istəyirsinizsə o zaman U.S Polonu seçin.