Məleykə Abbaszadədən buraxılış imtahanları ilə bağlı

11-ci sinfin imtahan nəticələri bu il yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bu artım riyaziyyat fənnində də var, təqribən 5-6 bal artıb. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.