https://news.day.az/azerinews/1748671.html
"Binanın divarları çat verib, gəlib baxıb gedirlər" - ŞİKAYƏT
Xətai rayonu İbrahim Əbilov küçəsindəki iki mərtəbəli binalardan sakinlər şikayət edir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, binanın divarları çat verib, bünövrəsi deformasiyaya uğrayıb. Sakinlər deyir ki, ərazidə 10 belə bina var. Bu binalar qəzalı vəziyyətdədir. 50-ci illərin evləridir.
"Binanın divarları çat verib, gəlib baxıb gedirlər" - ŞİKAYƏT

Xətai rayonu İbrahim Əbilov küçəsindəki iki mərtəbəli binalardan sakinlər şikayət edir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, binanın divarları çat verib, bünövrəsi deformasiyaya uğrayıb. Sakinlər deyir ki, ərazidə 10 belə bina var. Bu binalar qəzalı vəziyyətdədir. 50-ci illərin evləridir. Hər yerə şikayət eləmişik gəlib baxıb gedirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində 110-a yaxın problemli yaşayış məntəqəsi var.
"Bu binalar pilot layihə çərçivəsində mərhələli şəkildə söküləcək. Həmin qəzalı binaya da investorlar cəlb ediləcək, danışıqlar aparılacaq".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре