https://news.day.az/azerinews/1748943.html
Tbilisidə ticarət mərkəzində güclü YANĞIN - VİDEO
Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiyasına yaxın ərazidə yerləşən geyim bazarında güclü yanğın qeydə alınıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə barədə məlumatı "Sputnik Gürcüstan" yayıb. Bildirilir ki, alov sürətlə yayılıb və hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub.
Tbilisidə ticarət mərkəzində güclü YANĞIN - VİDEO
.jpg)
Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiyasına yaxın ərazidə yerləşən geyim bazarında güclü yanğın qeydə alınıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.
Bildirilir ki, alov sürətlə yayılıb və hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının qarşısının alınması və alovun digər obyektlərə keçməsinin qarşısının alınması istiqamətində işlər görülür.
İlkin məlumatlara əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti insidentlə bağlı məlumatı təsdiqləyib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре