Çimərliklərdə hava necə olacaq?

Çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən məlumata görə, iyunun 30-da mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 

Şimal çimərliklərində dəniz suyunun temperaturu (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində ilə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.