https://news.day.az/azerinews/1797754.html Əhaliyə suyun kəsiləcəyi barədə XƏBƏRDARLIQ - 5 GÜN... Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun verilişində fasilələr yaranacaq. Day.Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Əhaliyə suyun kəsiləcəyi barədə XƏBƏRDARLIQ - 5 GÜN...

Azərbaycanca, 25 ноября 2025 12:36 (UTC +04:00) 378
Əhaliyə suyun kəsiləcəyi barədə

Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun verilişində fasilələr yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilir ki, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости