https://news.day.az/azerinews/1810373.html
Bu tarixdə metro gücləndirilmiş iş rejimində işləyəcək - RƏSMİ
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bu tarixdə metro gücləndirilmiş iş rejimində işləyəcək - RƏSMİ
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре