NFC ödəniş zamanı artıq pul çıxır?

İctimai nəqliyyatda NFC ödəniş sisteminin aktivləşdirilməsindən sonra vətəndaşların kartlarından gün ərzində bir neçə dəfə vəsait tutulması ilə bağlı iddialar gündəmə gəlib.

Day.Az-a müraciət edən vətəndaşlardan biri bildirib ki, ötən gün metrodan iki dəfə istifadə etməsinə baxmayaraq, kartından üç dəfə ödəniş çıxılıb. Sosial şəbəkələrdə də oxşar paylaşımlara rast gəlinir.

BakıKart-dan Day.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, sistem vəsaiti gecikmə ilə çıxır.

"Yəni ödəniş dərhal da silinə bilər, bir neçə saat, bir gün, hətta bir həftə sonra da balansdan çıxıla bilər. Bu hal təkcə bizdə deyil, Tokyo və London kimi böyük şəhərlərdə də eyni qaydada tətbiq olunur - vəsait dərhal silinmir. Bəzi müştərilər düşünür ki, kartdan bir neçə dəfə pul çıxılıb. Əslində isə təkrar çıxılma olmur. Sadəcə, ictimai nəqliyyatdan istifadə edərkən bank tətbiqini dərhal yoxlamadıqları üçün ödənişin hansı anda silindiyini fərq etmirlər və bu da anlaşılmazlıq yaradır."

Həmçinin qurumdan bildirilib ki, BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm "bir dəfəlik keçid imkanı", həm də "Delayed Authorization" (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. "Bir dəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə, sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Sözügedən keçidlər pulsuz deyil,balansda kifayyət qədər vəsait olduğu təqdirdə ödəniş hesabdan silinir. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını və ictimai nəqliyyat ödənişlərinin fasiləsiz şəkildə həyata keçirilməsini təmin edir.

Qeyd edilib ki, bu tip ödəniş imkanı hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir.

"NFC ödənişləri zamanı əsas məqamlardan biri "ardıcıl 2 (iki) keçid imkanı"dır. Bu funksiya bank kartında kifayət qədər balans olmadığı halda sərnişinlərə avtobus və metrodan istifadə etməyə şərait yaradır. Sözügedən keçidlər pulsuz deyil və kartda vəsait mövcud olduqda ödəniş məbləği avtomatik olaraq balansdan tutulur. Əgər kartda balans olmadan keçid alınsa, sonradan kartın ictimai nəqliyyatda istifadəsi müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bu səbəbdən vətəndaşlara kart balansını vaxtında artırmaları tövsiyə olunur. bu hissəni çixarda bilərsiz çünki eyni məna daşıyır."

Elvin Səxavətoğlu
Day.Az