Aya missiya gecikə bilər: Tarix 2030-dan sonraya qalır

NASA Aya planlaşdırılan missiyaların gecikə biləcəyini açıqlayıb. Səbəb kimi Ay üçün nəzərdə tutulan skafandrların hazırlanmasında yaranan texniki çətinliklər göstərilir.

Day.Az xəbər verir ki, skafandrların istehsalına cavabdeh olan Axiom Space layihəni vaxtında tamamlamasa, Artemis proqramı çərçivəsində planlaşdırılan uçuşlar və missiyalar 2031-ci ilə qədər təxirə salına bilər.

Şirkət bu layihə üzərində Prada ilə əməkdaşlıq edir.

Yeni nəsil skafandrlar Ayın sərt şəraitinə, xüsusilə cənub qütbündəki ekstremal temperatur fərqlərinə davamlı olmaq üçün hazırlanır. Astronavtların bu kostyumlarla açıq kosmosda ən azı 8 saat fəaliyyət göstərə bilməsi nəzərdə tutulur.

Layihə artıq ilkin sınaqlardan keçsə də, yekun tarix əlavə testlərdən asılı olaraq dəyişə bilər.