Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb".