https://news.day.az/azerinews/1832887.html Özəl bağçada nə baş verir? - DİN məsələyə qarışdı Gəncədə yerləşən özəl uşaq bağçalardan birində çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Day.Az xəbər verir ki, yayılan kadrlarda tərbiyəçi müəllimin azyaşlı uşaqlarla kobud davranması və sərt ifadələr işlətməsi valideynlərin narazılığına yol açıb.

Özəl bağçada nə baş verir? - DİN məsələyə qarışdı

Azərbaycanca, 7 мая 2026 13:08 (UTC +04:00) 265
Özəl bağçada nə baş verir? - DİN məsələyə qarışdı

Gəncədə yerləşən özəl uşaq bağçalardan birində çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Day.Az xəbər verir ki, yayılan kadrlarda tərbiyəçi müəllimin azyaşlı uşaqlarla kobud davranması və sərt ifadələr işlətməsi valideynlərin narazılığına yol açıb.

Məsələ ilə bağlı bağçaya üz tutan valideynlər hadisənin onları ciddi şəkildə narahat etdiyini bildiriblər. Onların sözlərinə görə, görüntülərdə öz övladları da yer alır və bu cür davranışın təkrarlanmaması üçün müəllim heyətində dəyişiklik edilməsini istəyirlər. Həmin müəllim əvvəllər uşaqlarla normal münasibətdə olub və buna görə yayılan görüntülər onlar üçün gözlənilməz olub.

Bağça rəhbərliyi hadisədən sonra araşdırma aparıldığını və görüntülərdə yer alan əməkdaşın işdən çıxarıldığını açıqlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar bağçanın əməkdaşı polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости