Bakı WUF13 günlərində dayanıqlı şəhər inkişafının qlobal paytaxtına çevrilir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) günlərində Bakı dayanıqlı şəhər inkişafının qlobal paytaxtına çevrilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının prezidenti, Malayziyanın mənzil və yerli özünüidarəetmə üzrə naziri Nqa Kor Minq Bakıda WUF13-ün açılış mərasimində çıxış edərkən deyib.

Nqa Kor Minq bildirib ki, Azərbaycanda ev sahibi olmağın əsl dəyəri və əhəmiyyəti yaxşı başa düşülür. Qlobal qeyri-sabitlik və cəmiyyətlərin transformasiyası dövründə şəxsi mənzilə sahib olmaq xüsusilə vacibdir.

Onun sözlərinə görə, məhz birgə fəaliyyət heç kimin diqqətdən kənarda qalmadığı dayanıqlı şəhər gələcəyinin qurulmasına gətirib çıxara bilər.