https://news.day.az/azerinews/1835333.html Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində sənədlər imzalanıb Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.

Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində sənədlər imzalanıb

Azərbaycanca, 18 мая 2026 16:01 (UTC +04:00) 400
Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində sənədlər imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanma Prezident İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı baş tutub.

Qeyd olunub ki, bundan başqa, iki ölkənin hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости