https://news.day.az/azerinews/1837414.html Naxçıvanda yol nişanları yenilənir - FOTO Naxçıvan Muxtar Respublikasında yollarda təhlükəsizliyin artırılması məqsədilə küçə və prospektlərdə mövcud nişanlara baxış keçirilib. Bu barədə Day.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Naxçıvanda yol nişanları yenilənir - FOTO

Azərbaycanca, 26 мая 2026 15:12 (UTC +04:00) 285
Naxçıvanda yol nişanları yenilənir

Naxçıvan Muxtar Respublikasında yollarda təhlükəsizliyin artırılması məqsədilə küçə və prospektlərdə mövcud nişanlara baxış keçirilib.

Bu barədə Day.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, standartlara və normativ-texniki tələblərə cavab verməyən, yararsız vəziyyətdə olan, istismar müddəti bitmiş yol nişanlarının müəyyən edilməsi istiqamətində iş aparılıb.

Monitorinqin nəticələrinə əsasən, sözügedən yol nişanlarının müasir standartlara uyğun yeniləri ilə əvəzlənməsi zəruri hesab edilib.

Hazırda Naxçıvanda müvafiq yol nişanlarının standartlara uyğun dəyişdirilməsi həyata keçirilir.

İlkin mərhələdə 650 yol nişanı yenilənib. Proses davam etdirilir.

  • Naxçıvanda yol nişanları yenilənir
  • Naxçıvanda yol nişanları yenilənir
  • Naxçıvanda yol nişanları yenilənir
  • Naxçıvanda yol nişanları yenilənir
  • Naxçıvanda yol nişanları yenilənir
  • Naxçıvanda yol nişanları yenilənir
  • Naxçıvanda yol nişanları yenilənir
  • Naxçıvanda yol nişanları yenilənir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости