https://news.day.az/azerinews/1837987.html Qazaxıstan Bakı–Supsa neft kəmərini mümkün ixrac marşrutu kimi nəzərdən keçirir Qazaxıstan neft ixracı üçün əlavə marşrutları, o cümlədən Bakı-Supsa neft kəmərini nəzərdən keçirir. Day.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstanın Energetika naziri Yerlan Akkejenov bəyan edib. Bununla yanaşı, o qeyd edib ki, bu marşrutdan istifadə ilə bağlı Azərbaycan tərəfindən hələlik rəsmi təklif daxil olmayıb.

Qazaxıstan Bakı–Supsa neft kəmərini mümkün ixrac marşrutu kimi nəzərdən keçirir

Azərbaycanca, 29 мая 2026 11:02 (UTC +04:00) 314
Qazaxıstan Bakı–Supsa neft kəmərini mümkün ixrac marşrutu kimi nəzərdən keçirir

Qazaxıstan neft ixracı üçün əlavə marşrutları, o cümlədən Bakı-Supsa neft kəmərini nəzərdən keçirir.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstanın Energetika naziri Yerlan Akkejenov bəyan edib.

Bununla yanaşı, o qeyd edib ki, bu marşrutdan istifadə ilə bağlı Azərbaycan tərəfindən hələlik rəsmi təklif daxil olmayıb.

Xatırladaq ki, 2026-cı ilin may ayında Azərbaycan və Gürcüstan 2022-ci ilin yazında dayandırılmış Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.

1999-cu ildə istismara verilən Bakı-Supsa neft kəməri "Azəri-Çıraq-Günəşli" blokundakı yataqlardan hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. Kəmərin uzunluğu 837 km, ötürücülük qabiliyyəti isə illik 7 milyon tondan çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости