"Gözümlə gördüm" - Müğənniyə iş adamları qızıl qolbaq, saat, mirvari üzük bağışladılar

Day.Az представляет новость на азербайджанском языке

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişində Əli Mirəliyev sənətkar hesab etdiyi şəxsin adını açıqlayıb.

Milli.Az xəbər verir ki, azərbaycanlı sənətçi türk dünyasının gəlmiş-keçmiş sənətkarı kimi Zeki Müreni misal göstərib.

Əli Mirəliyevin açıqlamasını təqdim edirik:

"Mənim üçün türk dünyasının ən böyük sənətkarı Zeki Mürendir. Bir dəfə Türkiyəyə getdim. Onun oxuduğu bir bahalı kazino var idi. İlin iki ayı oxuyurdu cəmi, 10 ayı Bursada aldığı adada dincəlirdi. Mənim qismətimə bax ki, mənlə rəhmətlik İslam Rzayev getdik onun konsertinə. Orada böyük ziyalılar, zəngin insanlar oturmuşdular.

Saat axşam saat 10 tamamda işıqlar yanıb-sönməyə başladı. İlahi, necə gəlir. Zəki Mürenin səhnəyə gəlişində bir möhtəşəmlik var idi. Orada oturan pullu insanlar, ziyalılar ona pul vermədilər. O, hər oxuduqca kimisi qulağındakı mirvari sırğasını çıxardıb atır ayağının altına. Üzüyün çıxardıb atır. Qızıl qolbağını verən kim. Bunu gözlərimlə gördüm".  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.