Tanınmış yazıçı xəstəxanaya yerləşdirildi

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış yazıçı Vidadi Babanlı bu saatlarda xəstəxanaya yerləşdirilib.

Bu barədə Publika.az-a yazıçının qızı məlumat verib.

Travmatologiya ve Ortopediya Elmi-Tədqiqat İnstitutuna yerləşdirilən yazıçı həkim müayinəsindən keçirilib. Həkimlər onun xəstəxanda müalicə olunmasına qərar verib: "Üç aydan artıq vaxt keçməsinə baxmayaraq, atamın bud sümüyündə olan sınıq düzgün bitişməyib. Onun əməliyyat olunması da mümkünsüzdür, çünki yaşlı adamdır, üstəlik də ürək-damar xəstəliyindən əziyyət çəkir. Buna görə də məcbur qalıb xəstəxanaya yerləşdirdik. Həkimlər onun xəstəxanada qalmasına qərar verib. Görək, necə olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.