Olmayan keçmişin əsirləri: Argentinanın 16 erməni icması Azərbaycana qarşı
Day.Az представляет статью на азербайджанском языке.
Argentinanın La Nacion qəzetinin 26 dekabr tarixli buraxılışında bu ölkədəki 16 erməni icma təşkilatı Azərbaycanın Argentinadakı səfirinə qarşı birgə məktubu dərc olunmuşdur. Məktubu imzalamış Erməni Apostol Kilsəsinin rəhbəri Kissaq Mouradian və icmanın digər 15 təşkilatlarının rəhbərləri Azərbaycan səfirinin Dağlıq Qarabağ münaqişəsi və regional vəziyyətlə bağlı fikirlərini qeyri-ciddi və həddən ziyadə kimi qiymətləndirərək bu fikirlərə qəti etirazlarını bildirmiş və vurğulamışlar ki, səfirin məqsədi Argentina ictimai rəyini aldatmaq və çaşdırmaqdır. Kilsə rəhbərinin imzası isə bir daha erməni kilsəsinin məhz siyasiləşmiş təsisat kimi fəaliyyətinin göstəricisidir.
Qeyd etmək lazımdır ki, son həftələr ərzində Argentina mətbuatında, xüsusilə Clarin, La Nacion, İnfobae kimi aparıcı KİV-lərdə yerli erməni icması tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ört-basdır etmək üçün Azərbaycanla bağlı aparılan geniş təxribat kampaniyasına Azərbaycanın Argentinadakı Səfirliyi cavabsız qoymur. Belə ki, yerli erməni icmasının sifarişi, habelə Ermənistanın səfiri və icmanın liderlərinin müəllifliyi ilə münaqişə və Azərbaycanla bağlı dərc olunmuş çoxsaylı uydurma və təhrifedici məqalələrə qarşı Azərbaycan Səfirliyi tərəfindən tarixi faktlara, regiondakı real vəziyyətə, beynəlxalq hüquq və münaqişənin nizamlanmasına dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə əsaslanmış yazılar dərc olunur.
Əslində La Nacion qəzetində erməni icma təşkilatlarının birgə imzası ilə dərc olunmuş son yazı göstərir ki, uzun illər ərzində Argentina ictimaiyyətini öz yalanlarına inandırmağa adət etmiş erməni tərəfi Argentinada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə Ermənistanla bağlı həqiqətlərin yayılması ilə yerli ictimaiyətdə fəqrli fikirlərin formalaşmasından böyük narahatlıq keçirir. Eləcə də Argentina erməni icması son illər ərzində Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişafından xüsusilə narahatdır.
Argentinalılar həmişə praqmatik, praktiki və biznes və əməkdaşlıq yönümlü xarakterləri ilə fərqləniblər. Təsadüfi deyil ki, bu ölkə hələ XX əsrin əvvəllərində dünya iqtisadiyyatının aparıcı qüvvələrindən biri idi. Sürətlə inkişaf edən Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prizmasından Argentina tərəfindən maraqlı bir tərəfmüqabili kimi görünür və bu əsasda əlaqələrimiz inkişaf edir.
Olmayan keçmişin əsiri olan erməni icması isə reallıqla hesablaşmaq əvəzinə yalnız bu kimi dedi-qodularla məşğuldur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре