Qazaxda 7 min illik alətlər tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanlılarla yaponların birgə işi hamını təəccübləndirib.

Day.Az Region TV-yə  istinadən xəbər verir ki, Qazaxda yerləşən Avey dövlət mədəniyyət qoruğunun ərazisində, Damcılı mağarasında  arxeoloji qazıntılar zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər tapılıb.

Mağarada 4 metr dərinliyində qazıntı işləri aparılarkən ərazinin qədim insan məskəni olması bir daha təsdiqlənib. İmzalanmış memoranduma əsasən Qazax rayonu ərazisində 5 il müddətinə arxeoloji qazıntılar davam edəcək. Tapılan maddi-mədəniyyət nümunələrinin neolit dövrünə aid olmasının təsdiqlənməsi üçün Yaponiya laboratoriyalarına göndəriləcək.

Bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazaxın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.

İlkin mərhələdə aparılan qazıntılar isə yekunlaşıb. Növbəti ildən yapon və yerli arxeoloqlar daha geniş ərazidə tədqiqat işlərinə başlayacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.