Universitetdə atışma: tələbələr içəridə qalıb - Kabildə - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке
----------
20:39
Silahlıların hücum etdiyi Əfqanıstanın paytaxtı Kabildə yerləşən ABŞ universitetində müəllim və tələbələr içəridə qalıblar.
Trend-in məlumatına görə, tələbələrdən biri "Frans Press" agentliyinə zəng edərək bildirib: "Mən və başqaları auditoriyada bağlı vəziyyətdə qalmışıq. Partlayış səsləri eşidilir, yaxınlıqda atışma gedir".
----------
20:05
Kabildə silahlı şəxslər Əfqanıstanın Amerika Universitetinə hücum ediblər.
APA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, universitet binasında atışma olub.
Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре