Aygün Kazımova Ebru Gündəşə uduzdu Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin TMB telekanalında yayımlanan "Fan savaşları" yarışmasının bu dəfəki buraxılışında xalq artisti Aygün Kazımova ilə Ebru Gündəşin fanatları qarşı-qarşıya gəliblər.

"Qafqazinfo" xəbər verir ki, bu gün yayımlanan buraxılışda 51% səslə Ebru Gündəşin fanatları qalib gəlib.
 

Qeyd edək ki, verilişin şərtlərinə görə, fanatlar sevdikləri müğənninin adını yazaraq ona sosial şəbəkədə səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab olunur. Qələbə qazanan müğənninin mahnıları və klipləri isə gün ərzində həmin telekanalda yayımlanır.
 

"Fan savaşları" həftənin hər çərşənbə axşamı, cümə axşamı və cümə günü efirə gedir.