Polkovnik-leytenantla yanaşı daha 4 hərbçimiz də minaya düşdü

Azərbaycan Silahlı Qüvvələrinin  N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyevin Suqovuşanda minaya düşməsi barədə məlumat vermişdik.

Milli.Az-ın əldə etdiyi məlumata görə, sözügedən hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE-lər) Elşad Orucov, Məhərrəm Orucov və Sərxan Qəribov da minaya düşərək ağır xəsarətlər alıblar.

Onlar hərbi hospitala təxliyyə olunublar.

Polkovnik-leytenant K.Diniyevin ayağı amputasiya əməliyyatına məruz qoyulub.