Bu ərazidə binalar söküləcək - Sakinlər pul alacaq

Xəbər verdiyimiz kimi, Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Birinci mərhələdə Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. İkinci mərhələ isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir.
Bəs həmin binalarda yaşayanların taleyi necə olacaq?
Day.Az xəbər verir ki, bu barədə Ajans.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev deyib ki, hazırda hər hansı binanın qəzalı olması ilə bağlı FHN-nin rəyi lazımdır:
"Əgər varsa, o binalar özəl şirkətlər tərəfindən sökülərək yeni binalarla əvəzlənir. Bu zaman mənzil sahiblərinə yeni mənzilə köçənə qədər kirayə pulları ödənilir.
Hazırda Bakı şəhərində minlərlə istismar müddəti bitmiş çoxmənzilli yaşayış binaları var ki, onların hər birini söküb tikmək uzun illər tələb edir. Bu baxımdan çox qəzalı vəziyyətdə olmayan binaların yenidən restavrasiya olunması onların dayanıqlılığını artıracaq, ömürlərini uzadacaq.
Bu proses daha əvvəl başlamalı idi ki, həmin binalar daha da qəzalı vəziyyətə düşməsin. Bu binaların yenidən təmir olunması onların qiymətlərini də yüksəldəcək".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре