İnternet üzərindən satılan dərmanlar təhlükəlidir?

Sosial şəbəkələr aptek kimi fəaliyyət  göstərir...Burada  satılan əksər  dərmanlar  apteklərdən ucuz təklif  edilir. Sözügedən dərmanların çoxu isə ölkəyə qida əlavəsi kimi gətirilir.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, ombudsmanın 2024-cü il üzrə məruzəsində qeyd olunub ki, internet üzərindən satılan dərman preparatları insan sağlamlığına neqativ təsir göstərə bilər. Bildirilir ki, aidiyyəti qurumlar tərəfindən bu sahəyə nəzarətin gücləndirilməsi, davamlı monitorinqlərin həyata keçirilməsi və problemlərin qanunvericilik səviyyəsində həlli vacibdir.

Həkim, səhiyyə eksperti Rasif Bağırov deyir ki,internetdə hər cür dərmanı satan bu şəxslərin tibbi savadı belə yoxdur.

Səhiyyə eksperti deyir ki, internet üzərindən satılan dərmanların çoxunun tərkibi haqqında məlumat yoxdur. Tərkibi bilinməyən dərmanların istifadəsi isə qalıcı fəsadlara yol aça bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.