https://news.day.az/azerinews/1368017.html
Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı açıqladı
Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı açıqladı
Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafel Ağayevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.
AZXEBER.COM-un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 2025-ci ildə idmançı kimi fəaliyyətini dayandırmaq istədiyini bildirib.
O, daha sonra öz məktəbinı açmaq barədə planlarının olduğunu söyləyib: "Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm".
Qeyd edək ki, Rafael Ağayev 5 dünya, 11 qat Avropa çempionudur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре